QAYDALAR

  • Konbuyu başlatan TOROOW
  • Başlangıç tarihi
  • Cevaplar 0
  • Görüntüleme 109
Durum
Üzgünüz bu konu cevaplar için kapatılmıştır...

TOROOW

186
POST
192
LIKES
Posts:
186
Likes:
192
175
DİQQƏT !
Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına zidd hər hansı bir məlumatı yaymaq, ona istinad etmək qəti qadağandır.
1.2.Azərbaycanın (O cümlədən digər dövlətlərin, millətlərin.Ermənistan və düşmən dövlətlər istisna olmaqla) dövlət atributlarına,bayrağına zidd olan hər hansı məlumatı yaymağa cəhd edən istifadəçi dərhal və heç bir xəbərdarlıq edilmədən sayt rəhbərliyi tərəfindən ban olunacaqdır.
1.3.Saytın (fərqsiz) hər hansı bir bölməsində söyüş, alçaldıcı və təhqiramiz sözlərdən istifadə etmək qətiyyən yolverilməzdir və bu halda sözügedən sözlərdən istifadə edən istifadəçi heç bir xəbərdarlıqsız forumda BAN olunacaqdır.
1.4.BATALYON timin-ın istifadəçisi yerləşdirdiyi xəbərin (daxilində mümkün ola biləcək mətn,şəkil, video və digər multimedia vasitələrinin) məzmununa görə məsuliyyət daşıyır.
1.5.Pornoqrafik, şoubiznez,siyasət ,əyləncə,alçaldıcı,azdırıcı və bunlara bənzər digər məzmunda xəbərlərdən istifadə qətiyyən yolverilməzdir və aşkar olunduğu halda silinməklə yanaşı xəbəri yükləyən istifadəçi də saytdan uzaqlaşdırılacaqdır.
1.6.Sayt rəhbərliyi istifadəçinin etdiyi heç bir yanlışlığ(lar)a görə məsuliyyət daşımır.
1.7. AZ domaini və yaxud gov.az , edu.az və s. saytlara hücüm etmək və ya hücum etməyə cəht göstərmək (saytın fəaliyyətinə mane olmaq)
QƏTİ QADAĞANDIR!
Əgər bu sadalanan hallar baş verərsə o zaman həmin şəxs və ya şəxslərin məlumatları lazım gələrsə hüquq-mühafizə orqanlarına vəya həmin saytın adminlərinə təqdim ediləcəkdir və həmin şəxs(lər) saytdan uzaqlaşdırılacaqdır.


Sayt rəhbərliyi qaydalara, müqavilənin şərtlərinə və əlavələrinə dəyişiklik etmək hüququna malikdir.

Forumda yazılan bütün yazılardan ötrü həmin yazını yazan istifadəçi məsuliyyətlidir.
2. Azərbaycan Respublikasının qanunlarını ya da Beynəlxalq hüquq normalarını, qanunları, razılaşmaları pozan heç bir yazı foruma göndərilməməlidir.
3. Forumda yeni bir başlıq açmamışdan əvvəl həmin mövzunun olub-olmadığını axtarmaq lazımdır. Təkrara yol verməmək üçün vacibdir.
4. Forumda başlıq açarkən həmin başlığın məzmununa uyğun bir başlıq seçilməlidir. "Təcili", "Kömək edin" və sair tipli başlıqlara sahib yazılar qəbul edilməyəcək və ya silinəcəkdir.
5. Başlıqlar düzgün kateqoriyaların altında açılmalı və həmin başlığa uyğun cavablar yazılmalıdır. Əlaqəsiz, uyuşmayan cavablar silinəcəkdir.
6. Məzmunun hamısı ya da əksər hissəsi qalın/böyük hərflərlə yazılmamalıdır.
7. Forumda söyüş, arqo, təhqir, alçaldıcı ifadələr, din, dil, irq ayrıseçkiliyinə dair və ya forumdakı istifadəçilərin narahatlığına səbəb olacaq hər cür ifadə, yazı qadağandır.
8. Forum ümumi qaydalara uyğun olmayan yazıları, başlıqları və cavabları dəyişdirmək, silmək hüququna sahibdir.

9. Forumun qaydalarına riayət etməyən istifadəçilərə əvvəlcə xəbərdarlıq edilir, əgər eyni hərəkətləri təkrar edərsə, qeydiyyatı silinir.
 
Moderatör tarafında düzenlendi:
  • Like
Tepkiler: P4blo
Durum
Üzgünüz bu konu cevaplar için kapatılmıştır...