Xəyallarıma girmə tanrıdan sonuncu istək,
Dualarıma cavab vermə məzarından izlə,
Son dəfə son kabusumda görüşmüşdü bizlə,
Orda zaman dondu dedi ki “ləkələrivi təmizlə”,
Şəhər qar altında buludlarla yaramı gizlə,
Ayaqlar altında saçların tükəndi hisslər..
Odlar yurdunda gözlərim qaraldı hislə,
Ruhu təslim etdi Xəzərə ən gözəl dənizlər,
Qürbətə məktub yazıram deyir ki “acizsən”
Xəstəliyimə çarə deyil dualar hədislər,